Heydər Əliyev Mərkəzində daha 3 ailənin təməli qoyuldu (FOTO)
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev Mərkəzində daha 3 ailənin təməli qoyuldu (FOTO)

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində daha üç ailənin təməli qoyulub.

Publika.az-ın məlumatına görə, Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi təşkil olunub.

Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində rayon qeydiyyat şöbəsinin əməkdaşı qanunvericiliyə uyğun olaraq Fərid Heydərovla Şəhanə Quliyevanın, Xəyal Həsənovla Aidə Qarayevanın, Mansur Əhmədov və Nuranə Qasımovanın nikahlarını rəsmiləşdirib, onlara müvafiq şəhadətnamələri təqdim edib.

Yeni ailə quran gənclərə Suraxanı Rayon İcra Hakimiyyətinin adından qiymətli hədiyyələr təqdim olunub.



AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm