Magistraturaya qəbul olanların qeydiyyatı başlanır
Bizi izləyin

Qırmızı.az

Magistraturaya qəbul olanların qeydiyyatı başlanır

Sabahdan ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatına başlanılır.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Magistraturanın boş qalan 1444 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1080 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 485 nəfər magistratura səviyyəsinə qəbul olub.


Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 13-dən 22-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm