Səhiyyə Nazirliyi çimərliklərdə monitorinq aparır
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi çimərliklərdə monitorinq aparır

Abşeron yarımadasında yerləşən çimərliklərdə monitorinqlər aparılır. Dəniz suyundan nümunələr götürülür. Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Mövsüm başlamamışdan əvvəl müvafiq monitorinqlər aparılmışdı. Lakin insanların istifadəsi zamanı məhsulların dənizə atılması çirklənmələrə səbəb olur. Z.Kazımov bu səbəbləri də nəzərə alaraq, 15 gündən bir çimərliklərdə monitorinqlər apardıqlarını deyib:

“Hazırda Qaradağ və Səbail rayonları ərazisində yerləşən çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Bu iki çimərlikdən başqa, digər çimərliklərin göstəriciləri normalara uyğundur. Mövsümün əvvəlində də açıqlama verərkən, adıçəkilən çimərliklərdən istifadə edilməməsi barədə məlumat vermişdik”.


Ziyəddin Kazımov onu da əlavə edib ki, monitorinqlər zamanı dəniz suyu nümunələri bakterioloji və digər göstəricilərə uyğunluq baxımından tədqiq edilir və çimərliklərdəki sanitar vəziyyət yoxlanır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm