Yuxulu sürücü qəza törətdi: ölən və yaralanan var
Bizi izləyin

Qırmızı.az

Yuxulu sürücü qəza törətdi: ölən və yaralanan var

Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, Balakən rayon sakini, 60 yaşlı Cavid Hüseynovun idarə etdiyi “Hyundai SantaFe” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü dünyasını dəyişib. İkisi qadın, biri kişi olmaqla avtomobildə olan 3 nəfər sərnişin xəstəxanaya yerləşdirilib. Yaralılardan biri mərhum sürücünün həyat yoldaşı olub.

Hadisə yerinə gələn polis əməkdaşları qəzanın sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verdiyini müəyyən edib.

Qeyd edək ki, mərhum Cavad Hüseynovun biznesmen olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm