Deputat Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb etdi
Bizi izləyin

Qırmızı.az

Deputat Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb etdi

Milli Məclisin deputatı Asim Mollazadə Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti üzvləri tərəfindən Karen Petrosyanın ölümü məsələsinin bu təşkilatda gündəmə gətiriləcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Deputat A.Mollazadə Publika.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfi bu cür hər bir imkandan istifadə edir:

“Ermənistan bu cür məqamlardan su-istifadə edərək dünyada Azərbaycana qarşı təxribat və böhtan kampaniyası aparır. Amma Azərbaycan bütövlükdə çox ciddi şəkildə çalışıb Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə çalışmalıdır. Azərbaycan tərəfi bu işi bütün beynəlxalq təşkilatlarda aparmalıdır. Çünki Ermənistan işğalçı ölkədir. Ermənistan rəhbərliyi Azərbaycan xalqına qarşı hərbi cinayətlər və terror əməlləri törədib. Buna görə də Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bununla da BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının və Parlamentinin qəbul etdiyi qətnamələr icra olunmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm