Bakı metrosunda problem yaranıb
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda problem yaranıb

Bakı Metropolitenində qatarda problem yaranıb. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N. Paşayev bildirib ki, bu gün saat 18:13-də Bakı Metropoliteninin “28 May” – “Həzi Aslanov” xəttində 48 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq baş verib. “28 May” stansiyasında sərnişinlər təhlükəsizlik qaydalarına riayət etməklə qatardan boşaldılıb. Qatar baxış üçün depoya göndərilib.

Hadisə ilə əlaqədar qatarların ümumi qrafikində 3 dəqiqə gecikmə olub. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm