Suriyalılarla türklər arasında qan düşdü: 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Suriyalılarla türklər arasında qan düşdü: 2 yaralı

Türkiyənin Qazientep şəhərində suriyalı kirayənəşinin ev sahibini öldürməsindən sonra gərginlik yaranıb.

ANS PRESS-in məlumatına görə, qətlə yetirilən şəxsin qohumları və qaldığı məhəllənin sakinləri ətrafda olan suriyalılara məxsus ticarət obyektlərinə hücum edərək 2 nəfəri yaralayıb.

Fiziki zorakılığa məruz qalmış həmin suriyalıların dünənki qətl insidentinə heç bir aidiyyatı olmayıb. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri yaralıları yerli dövlət xəstəxanasına aparıb.

Polis qüvvələri ərazidə gərginliyin daha da böyüməməsi üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib. Gərginliyin yaranmasına Qazientep şəhərində dünən baş vermiş dəhşətli qətl hadisəsi yol açıb.

Ünaldı məhəlləsinə qeydiyyatda olan Hıdır Çalar, suriyalı kirayənəşinlərindən evini boşaltmağı tələb etməsi ilə tərəflər arasında mübahisə yaranıb. Dava düşüncə 6 suriyalı ev sahibini təkləyərək, ona 40-a yaxın bıçaq zərbəsi endirib.

Qeyd edək ki, son vaxtlar Türkiyənin müxtəlif əyalətlərində sığınacaq tapan suriyalılarla yerli sakinlər arasında gərginlik hökm sürür.

Yerli sakinlər suriyalıların özlərini nalayiq apardığını, qadın-qıza sataşdığını iddia edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm