Qırmızı.az
BQXK girovlarla görüşüb (VİDEO)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri
Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz
Quliyevə 3-cü dəfə baş çəkiblər.
ANS TV-nin məlumatına görə, Komitənin Azərbaycan nümayəndəliyinin
əməkdaşı İlahə Hüseynova deyir ki, saxlanılan şəxslərə ailə
məlumatları çatdırılıb və onlardan ailələrinə çatdırılması üçün
məlumat alınıb. Öldürülmüş Azərbaycan vətəndaşı Həsən Həsənova
gəldikdə isə onun meyitinin qaytarılması ilə bağlı danışıqların
aparıldığını deyən komitə rəsmisi prosesin baş tutması üçün ilk
öncə tərəflərin razılığa gəlməli olduğunu söylədi.
İlahə Hüseynovanın sözlərinə görə, beynəlxalq humanitar hüquqa
görə, meyitin qaytarılması qarşılıqsız həyata keçirilməlidir.
Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, beynəlxalq
qurumlar, ilk növbədə Qızıl Xaç Həsən Həsənovun meyitinin
qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsilə
bağlı fəaliyyətlərini gücləndirməlidir. Bütün bunlar ölkə
ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq
təşkilatlara inamsızlığı artırır.
Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz
Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov
götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan
-
İdman00:22
"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı
-
Qoroskop00:07
Günün qoroskopu: cəsarətli olun, uğur sizin olacaq!