Qırmızı.az
Prezident təmir olunmuş məktəbdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq
ayrı-ayrı təhsil müəssisələrinin əsaslı şəkildə təmir və
yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. Hər il olduğu
kimi, bu il də respublikanın hər yerində mövcud məktəblər təmir
edilir, müasir təhsil müəssisələri, yeni tədris korpusları, idman
meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla
təchiz edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən
işlərlə bağlı dövlət başçısına məlumat verdi.
Qeyd edildi ki, Məktəb-Lisey Kompleksi istedadlı və qabiliyyətli
uşaqlara qayğının artırılması ilə bağlı Dövlət Proqramına uyğun
olaraq 2010-cu ildə Bakı Slavyan Universiteti Humanitar Liseyinin
və Bakı şəhər 15 nömrəli tam orta məktəbin bazasında yaradılıb.
Kompleksdə minə yaxın şagird təhsil alır. Məktəb-liseydə 33 sinif
fəaliyyət göstərir. Təhsil Azərbaycan və rus dillərində həyata
keçirilir. Azərbaycan bölməsində 600, rus bölməsində isə 400-dək
şagird təhsil alır. Məktəbin binası 1935-ci ildə inşa olunub.
Əvvəllər hospital kimi fəaliyyət göstərən bina 1958-ci ildə məktəbə
çevrilib. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı
şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata
keçirilib.
Yeni dərs ili ərəfəsində təhsil kompleksinin 4800 kvadratmetr
ərazisi əsaslı şəkildə yenidən qurulub, lisey ən müasir tədris
ləvazimatları və avadanlıqla təchiz edilib. Binanın birinci
mərtəbəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin
və Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən
işləri əks etdirən fotostend yaradılıb.
Dövlət başçısı təhsil kompleksinin sinif otaqlarında, fənn
kabinetlərində yaradılan şəraitlə tanış oldu.
Kompleksin istilik və işıqlandırma sistemləri, akt zalı, açıq və
örtülü idman meydançaları yüksək standartlara uyğun şəkildə yenidən
qurulub. Məktəb-Lisey Kompleksinin həyətyanı sahəsində də abadlıq
və quruculuq işləri həyata keçirilib.
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI