Avropanın daxmada yaşayan əhalisi – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Avropanın daxmada yaşayan əhalisi – FOTOLAR

Avropa deyəndə ilk növbədə səliqəli küçələr, sıra ilə düzülmüş yaşayış evləri yada düşür. Bu qitədə daxmada yaşayan insanların mövcudluğu çoxlarımızın ağlına belə gəlməz. Lakin Karpat və Pireney sıra dağlarında axar su, mərkəzi istilik sistemi və mağaza olmadan yaşayan insanları tapmaq olar. Buranın sakinləri bütün naz-nemətdən imtina edərək gecəqondu üslubunda yaşayış evlərinə üstünlük verirlər. XXI əsrin sivilizasiyasından imtina edən sakinləri fransız fotoqrafı Anton Bruy çəkib. Anton 4 il Avropada səyahət edərək “torpağa qayıdış” hərəkatının üzvlərini taparaq fotolentdə qeydə alıb.

Dəbdəbəli şəhər həyatından imtina edən insanlar ya siyasi, ya da digər amillərə görə hər şeyi ataraq dağlara, kimsəsiz yerlərə üz tutublar. Fotoqraf özü də hərəkata könüllü yazılaraq aylarla bu insanlarla birgə yaşayıb. Anton da sakinlər kimi tərəvəz becərmək, qamışdan ev tikmək, heyvanların qayğısına qalmaqla məşğul olub.

Bu sakinlər arasında artıq 30 ildən çox daxmada yaşayan alman əsilli Piterə rast gəlib. O, daxmaya arvadı və uşaqları ilə köçüb.

İndi isə Anton ABŞ-a gedib Appalaç dağlarının əlçatmaz ərazisinə səyahət etməklə oranın da sakinlərini çəkməyi qərara alıb. Qeyd edək ki, “Torpağa qayıdış” hərəkatının beşiyi elə ABŞ-dır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm