Zukerberq “Microsoft” qurucusuna meydan oxudu – VİDEO
Bizi izləyin

Qırmızı.az

Zukerberq “Microsoft” qurucusuna meydan oxudu – VİDEO

“Facebook”un yaradıcısı Mark Zukerberq bir yardım kampaniyası çərçivəsində “Microsoft” qurucusu Bill Geytsə meydan oxuyub.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, qaydalara görə, kampaniyaya dəstək verən şəxs üç nəfərə meydan oxumaq məcburiyyətindədir. Zukerberq də kampaniyaya qoşulmaq üçün aralarında Bill Geytsin də olduğu üç nəfərə meydan oxuyub.

Qaydalara görə, həm meydan oxuyanlar, həm də təxribata sövq edilənlər bir vedrə buz kimi suyu başından aşağı tökməlidirlər. Bunu etməyənlər kampaniyaya ianə verəcəklər.

Xatırladaq ki, Zukerberqə də Nyu Cersi meri Kris Kristi meydan oxumuşdu. Mübarizəni qəbul edən Zukerberq həmçinin kampaniyaya ianə də edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm