Təyyarədə ölənlərin 127-nin şəxsiyyəti müəyyənləşdi
Bizi izləyin

Qırmızı.az

Təyyarədə ölənlərin 127-nin şəxsiyyəti müəyyənləşdi

Hollandiyanın Hilversum şəhərində yerləşən hərbi bazada Ukraynada vurulan "Boeing 777" təyyarəsində ölənlərin 127-nin şəxsiyyəti artıq müəyyənləşdirilib.

ANS PRESS-in məlumatına görə, ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesinin bir neçə ay davam edəcəyi gözlənilir.

Ekspertizanın nəticəsini araşdırmaq üçün bu işə 200-dən çox beynəlxalq mütəxəssis cəlb olunub.

Qeyd edək ki, iyulun 17-də "Malaysia Airlines” şirkətinə məxsus Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində rusiyameyilli separatçılar tərəfindən vurulub.

Hadisə zamanı 298 nəfər dünyasını dəyişib.

Bunlardan 15 nəfəri ekipaj üzvü olub.

Hazırda araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm