Metroda problem yarandı
Bizi izləyin

Qırmızı.az

Metroda problem yarandı

Bu gün səhər saatlarında metroda qatarların hərəkətində problem yaranıb, sərnişinlər vaqonlardan düşürülüb.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında nasazlığın ümumi qrafikə təsir etmədiyini bildirib:

“Səhər saat 08:33 radələrində “Həzi Aslanov”-“İçərişəhər” xətti ilə hərəkət edən 3 saylı marşrutda baş verib. 3 saylı qatarın birinci vaqonunun ikinci qapısı bağlanmayıb. Həmin qatarın sərnişinləri vaqonlardan düşürülüb, qatar isə depoya göndərilib. Əvəzində isə yeni xəttə yeni qatar buraxılıb. Bu da bir neçə dəqiqə gecikməyə səbəb olsa da, ümumi qrafikdə gecikmə olmayıb. Qapılarda yaranmış nasazlığın səbəbi araşdırılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm