Yanğınlar nə qədər ziyan vurub?
Bizi izləyin

Qırmızı.az

Yanğınlar nə qədər ziyan vurub?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il ərzində ölkə ərazisində baş verən yanğınlar nəticəsində meşə təsərrüfatı və otlaqlarda nə qədər əraziyə ziyan dəyməsini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu il baş verən yanğınların çox böyük əksəriyyəti ilkin olaraq bələdiyyə torpaqlarında, fermer təsərrüfatlarında və heyvandarların məskunlaşdığı otlaq sahələrində, bir sözlə, insanların ehtiyatsızlığı nəticəsində baş verib, sonradan meşə ərazisinə və milli parklara keçib.

Siyəzəndə yanğın 5 hektar ərazini (quru otlaq və biçənək sahələri) əhatə edib, 2 hektar meşə sahəsinə, Lerikdə yanğın 10 hektar ərazini (heyvandarların məskunlaşdığı otlaq sahələri) əhatə edib, 3 hektar meşə sahəsinə, Masallıda yanğın 5 hektar ərazini əhatə edib, 2 hektar meşə sahəsinə, Cəlilabadda yanğın 8 hektar ərazini (çay vadisindəki qurumuş kol-kos) əhatə edib, 2 hektar meşə sahəsinə qismən,Oğuzda yanğın 12 hektar ərazini (biçənək və otlaq sahəsi) əhatə edib, 4 hektar meşə sahəsinə müəyyən ziyan dəyib.

Şəkidə yanğın 2 hektar ərazini əhatə edib, 1 hektar meşə sahəsində müəyyən ziyan müşahidə olunub,Gədəbəydə yanğın 6 hektar ərazini (kol-kos, quru yarpaq örtüyü) əhatə edib, 1 hektar meşə sahəsinə qismən ziyan dəyib, Hirkan Milli Parkının yaxınlığındakı ərazilərdə müxtəlif vaxtlarda və müxtəlif sahələrdə 6 dəfə yanğın baş verib və 18 hektar ərazini (quru otlaq və biçənək sahələri, kol-kos) əhatə edib, parkın 5,3 hektar meşə sahəsində bir sıra ağaclar zədələnib.

Şahdağ Milli Parkının yaxınlığındakı bələdiyyə torpaqlarında ayrı-ayrı sahələrdə 2 dəfə yanğın baş verib və 23 hektar ərazini (heyvandarların məskunlaşdığı otlaq sahələri, biçənək sahələri) əhatə edib, parkın 5 hektar meşə sahəsinə, Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın 1 hektar ərazini əhatə edib, 0,5 hektar meşə sahəsinə ziyan dəyib.

Türyançay Dövlət Təbiət Qoruğunda yanğın 2,6 hektar ərazini (çay vadisində otlaq sahəsi) əhatə edib, meşə sahəsinə ziyan dəyməyib.


Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi oddan qorumağa çağırır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm