Cənub bölgəsinə yağan qar əksər kəndləri işıqsız qoydu
Bizi izləyin

Qırmızı.az

Cənub bölgəsinə yağan qar əksər kəndləri işıqsız qoydu

Ötən axşamdan başlayaraq cənub bölgəsinə yağan intensiv qar həyatı iflic edib.

Ötən axşamdan başlayaraq cənub bölgəsinə yağan intensiv qar həyatı iflic edib.

Bölgənin bütün rayonlarında avtomobillərin hərəkəti çətinləşib. Lənkəran rayonuna düşən qarın qalınlığı 40-50 sm təşkil etsə də, rayon ərazisində elektrik enerjisinin və təbii qazın veriişində fasilələr yaranmayıb.

Buna baxmayaraq, rayon ərazisində magistral və şəhərdaxili yoların qardan təmizlənməməsi bir sıra çətinliklər yaradıb. Belə ki, səhər saatlarında başlayaraq ictimai nəqliyyatın işi iflic olub. Kəndlərdən şəhərə getməli olan sakinlər pay-piyada hərəkət etməli olublar.

Astarada isə yolların vaxtında qardan təmizlənməsi avtomobillərin hərəkətində ciddi çətinliklər yaratmayıb. Buna baxmayaraq, rayon ərazisində yol qəzalarının qarşısını almaq mümkünsüz olub. Rayon ərazisində güclü küləklə müşahidə olunan qarın yağması əsasən elektrik enerjisinin verilişində çətinliklər yaradıb. Ötən axşamdan başlayaraq rayonun əksər yaşayış məntəqələri enerjisiz qalıb. Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bölgədə qarın daha çox düşdüyü rayonlar isə Lerik və Yardımlı olub.Hazırda hər iki rayon ərazisində qarın qalınığı 40-50 sm çatıb.Yardımlıda qar fəsadlar törətməsə də, Lerikin 50 kəndinə enerjinin verilişində problemlər yaranıb, ucqar kəndlərə gediş-gəliş çətinləşib. Gün ərzində 30 kəndə enerjinin verilişi bərpa olunsa da, hazırda 20 kənd enerjisizdir. Bölgədə qarlı-yağıntılı hava şəraiti hazırkı saatlarda da davam edir. /gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm