Elgizin adı ikiaylıq körpənin oğurlanması işində
Bizi izləyin

Qırmızı.az

Elgizin adı ikiaylıq körpənin oğurlanması işində

Avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Sumqayıt Şəhər Polis İdarəsində ananın izahatı alınıb.

Uşağı oğurlanan ailənin yaşadığı ünvana baş çəkən Teleqraf.com-un əməkdaşları ailə haqqında bir sıra məlumatlar əldə edib.

Bildirilir ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlanan “Adam içində” verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib.

Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.

Teleqraf.com-un Aysel Əhmədovanın qonşularından əldə etdiyi məlumata görə, baş verən hadisədən sonra aparıcı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağrılaraq dindirilib.

Xatırladaq ki, 2 aylıq körpəni oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm