Qeyri-çimərliyə gedənlər cərimələnəcək - TƏKLİF
Bizi izləyin

Qırmızı.az

Qeyri-çimərliyə gedənlər cərimələnəcək - TƏKLİF

Su hövzələrində, qeyri-rəsmi çimərlik ərazilərində, göllərdə çimənlər və müəyyən edilmiş qaydaları pozanlarla bağlı cərimələrin tətbiq edilməsi üçün təkliflər hazırlanır.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, hazırda həmin şəxslərə qarşı hər hansı cəza tətbiq edilmir. Sadəcə xəbərdarlıq edilir.

“Lakin cərimələrin tətbiq edilməsi gündəmə gələ bilər. Bununla bağlı təkliflər hazırlanıb. Yaxın zamanda həmin təkliflərin təsdiq olunmuş formada tətbiq ediləcəyinə inanırıq. Çimərlik ərazisində spirtli içki satan obyekt sahiblərinin cərimələnməsi, cəzalandırılması və digər cəzaların tətbiq edilməsi gündəmə gətiriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm