Çatdakı qıza görə bibisi oğlunu öldürdü
Bizi izləyin

Qırmızı.az

Çatdakı qıza görə bibisi oğlunu öldürdü

Şəki Ağır Cinayətlər Məhkəməsində bibisi oğlunu öldürməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Ələkbər Rüstəmlinin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ələkbər Rüstəmli 2013-cü ilin iyun ayında internet vasitəsi ilə sosial şəbəkədə Aynur adlı qızla tanış olub və telefon vasitəsi ilə həmin qızla danışıb. Onun xəbəri olmadan bibisi oğlu Məhəmməd İsrafilov Aynurun mobil telefonunu götürüb və onunla danışıb.

Həmin ilin sentyabrında Ələkbər Rüstəmli bibisi oğlunun da Aynurla mobil telefon vasitəsi ilə danışdığını bilib. O, 1 oktyabr 2013-cü ildə, saat 18.00-da Məhəmməd İsrafilovla yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti, 76/1 mənzil 20-də görüşüb. Ələkbər həmin vaxt bibisi oğlu ilə Aynura zəng etməsi barədə söhbət edib. Ələkbər onun bu hərəkətini qeyri-etik hesab etməsi səbəbindən aralarında mübahisə yaranıb.

Bu zaman Ələkbər Rüstəmli bibisi oğlunu öldürmək qərarına gəlib. Bu məqsədlə o, yaşadığı mənzilin mətbəxindən götürdüyü bıçaqla Məhəmməd İsrafilova çoxsaylı zərbələr vurub. Məhəmməd İsrafilov aldığı zərbələrin təsirindən dünyasını dəyişib. Ələkbər Rüstəmli hadisəni törədənə kimi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Mingəçevir maşınqayırma zavodunda Enerji mexaniki-təmir sahəsində kompressor operatoru vəzifəsində işləyib.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ələkbər Rüstəmli 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm