Uşaqla timsahın ölüm-dirim mübarizəsi (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Uşaqla timsahın ölüm-dirim mübarizəsi (VİDEO)

Meksikada turizm mərkəzlərindən birində həyəcanlı anlar yaşanıb. ANS PRESS-in məlumatına görə, bir neçə turist "cənnət parkı" adlanan ərazidə əylənən zaman həyəcanlı analr yaşanıb.

Belə ki, qonaqlardan birinin uşağı çayda çimərkən nəhəng timsahla üz-üzə qalıb. Uşaq var gücü ilə timsahdan yaxa qurtarmaq üçün üzməyə başlayıb. Timsahın sürətlə uşağa yaxınlaşdığını görən turistlər köməyə çatıblar. Turistlər timsahın fikrini yayındırmaq üçün çaya müxtəlif şeylər atmağa başlayıblar.

Çətinliklə də olsa uşaq timsahın dişlərindən qurtula bilib.

Bu hadisə turistlərdən biri tərəfindən kamera vasitəsilə çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm