“Rexona”dan narkotik çıxdı
Bizi izləyin

Qırmızı.az

“Rexona”dan narkotik çıxdı

Bakıda həbsxanaya qadağan edilmiş əşya keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Rauf Həsən oğlu Həsənova dostu, Bakı sakini Toğrul Bakıxan oğlu Əsgərovun gətirdiyi sovqata baxış keçirilən zaman "Rexsona" gel qabının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,082 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm