Təcili yardım maşını yolda qaldı, köməyə FHN gəldi
Bizi izləyin

Qırmızı.az

Təcili yardım maşını yolda qaldı, köməyə FHN gəldi

Təcili yardım başını yolda qaldı, köməyə FHN gəldi

“Ötən gecə Yeni Ramana qəsəbəsində bir ailənin 4 üzvü zəhərlənib. Onların biri uşaq, üçü böyük olub.

Onların hamısının vəziyyəti ağır olub. Gecə 3:00 radələrində müraciət edilib. Ailəyə təcili yardım göstərilməsi üçün hər bir hava şəraitinə davamlı maşınlardan istifadə edilib.

Onlar hamısı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib”. Bu barədə Publika.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Z.Vahidova dünənki hava şəraitinin təcili yardımın işinə çətinlik yaratdığını bildirdi:

“Xüsusi hadisələr, infarkt, doğuşlar zamanı xüsusi təyinatlı maşınlar da təcili yardımın köməyinə çatıb. Bir neçə yerdə maşınlarımız batıb.

Hər bir halda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına müraciət edilib, onlar da maşınlarımıza kömək göstəriblər.

Dünən gecə, bu gün səhər saatlarında da təcili yardım maşınlarının hərəkətində problem yaranıb.

Hazırda da Müşviqabad qəsəbəsində bir maşınımız batıb. FHN-in əməkdaşları hadisə yerindədir. Maşını çaxartdırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm