Bakının böyük hissəsində qaz kəsilib: Təmir işləri aparılır
Bizi izləyin

Qırmızı.az

Bakının böyük hissəsində qaz kəsilib: Təmir işləri aparılır

Bakıya yağan qar özü ilə bərabər qaz problemi gətirib. Fevralın 1-i səhər saatlarından paytaxtın "8-ci kilometr", Keşlə və Bakıxanov qəsəbələrində qaz kəsilib. Bu barədə musavat.com-a hər iki qəsəbədə yaşayan sakinlər məlumat verib.

Məlumata görə, evlərdən qazlar kəsilib və səbəbi bilinmir. Bakıxanov qəsəbəsi Yaşar Əliyev küçəsinin sakinləri evlərdə donur. Sakinlər deyirlər ki, qazın kəsilməsi hava şəraiti ilə əlaqədardır.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar 01 fevral 2014-cü il tarixində saat 10:00-dan Nərimanov və Nizami rayonlarının, Binəqədi, Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm