Bakıda 10 dərəcə şaxta olacaq: Yeni soyuq hava dalğası gəlir - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Bakıda 10 dərəcə şaxta olacaq: Yeni soyuq hava dalğası gəlir - XƏBƏRDARLIQ

Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək.

Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakı və Abşeron yarımadasında fevralın 2-də gecə və səhər saatlarında az miqdarda qar yağacaq, gün ərzində dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır, mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 2-də gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacaq. Yollar gecə və səhər buz bağlayacaq.

Azərbaycan rayonlarında da fevralın 2-də gecə və səhər bəzi yerlərdə qar yağacaq, gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq. Dağlarda havanın temperaturu gecə 13-18, gündüz 2-7 dərəcə şaxta olacaq.

Azərbaycanda qeyri-sabit hava şəraiti fevralın birinci ongünlüyün birinci yarısına kimi davam edəcək. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm