Bakıda gözəllik salonu partladı, yaralı var (FOTO,YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakıda gözəllik salonu partladı, yaralı var (FOTO,YENİLƏNİB)

Nərimanov rayonundakı binanın birinci mərtəbəsində yerləşən salonda baş verən hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir

Bakının Nərimanov rayonunda gözəllik salonda baş verən partlayış nəticəsində yaralanan qadınına dı bəlli olub.


ANS PRESS-in hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə baş verən zaman salonda 3 nəfər olub. Onlardan biri kişi, ikisi isə qadın olub. Ağır xəsarət alan qadın xadimə işləyib. O üz və əlindən yanıq xəsarətləri alıb. Digər iki nəfər isə yüngül xəsarətlər alıblar.

Saat 11:00

Bakının Nərimanov rayonunda partlayış baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Əliəşrəf Əlizadə küçəsi 42/9 mənzil 57 ünvanında qeydə alınıb. Adıçəkilən ünvanda yerləşən 3 mərtəbəli binada bu gün səhər saat 10 radələrində olub.

Qonşuların verdiyi məlumata görə, binanın birinci mərtəbəsi gözəllik salonu kimi fəaliyyət göstərib.Partlayaışda məhz burada olub. Nəticədə salonda olan bir qadın əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb. Qadının salonun işçisi və ya müştəri olduğu, şəxsiyyəti bəlli deyil.

İlkin məlumata görə, partlayışa səbəb zirzəmidən qaz sızması olub. Belə ki, qonşular zirzəmidən salona kustar üsulla qaz borusu çəkildiyini iddia edirlər.


Hadisə nəticəsində binanın digər mənzillərinə də ziyan dəyib. Mənzillərin pəncərələrinin şüşələri və dəmir məhəccərlər dağılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm