5 nəfəri gün vurdu
Bizi izləyin

Qırmızı.az

5 nəfəri gün vurdu

Paytaxtda son iki gündə günvurma ilə bağlı Təcili Yardıma 5 müraciət daxil olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, havaların isti keçməsi nəticəsində günvurma ilə müraciət edən 5 nəfərdən ikisinin vəziyyəti nisbətən ağır olduğundan xəstəxanaya yerləşdirilib, digər üçünə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yeri gəlmişkən, mütəxəssislər havaların isti keçməsini nəzərə alaraq, sakinlərə günəş şüasından tədricən uzaq olmağı məsləhət görür. Günvurma hallarının qarşısını almaq üçün bol maye qəbul etmək zəruridir. Bundan başqa, küçəyə çıxarkən gözə eynək taxmaq, açıq rəngli, yüngül geyimlər geyinmək, tünd rəngli baş örtüyündən istifadə etmək lazımdır. Çünki tünd rəngli parçalar günəşin zərərli şüalarını özünə çəkir.

Günvurma halları müəyyən vaxt keçdikdən sonra da özünü büruzə verə bilir.

Onu da qeyd edək ki, günvurma halları əsasən 5 yaşdan aşağı, 65 yaşdan yuxarı insanlarda, xüsusilə də xərçəng, şəkər, təzyiq və böyrək xəstəliklərindən əziyyət çəkənlərdə müşahidə olunur.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm