Qırmızı.az
Allahşükür Paşazadənin sözçüsü kompromatlardan danışdı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə
haqqında dedi-qodu, qeybət xarakterli məlumatlar onun nüfuzu və
iradəsinə xələl gətirmək iqtidarında deyil. Bunu Trend-ə Qazilər
Şurasının məlum fətvasından sonra son günlər elektron və çap
mediada QMİ sədri ilə bağlı gedən informasiyaları şərh edərkən
qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
R.Dadaşova bildirib ki, A.Paşazadə özünün bir qərinəlik - 33 illik
fəaliyyəti ilə öz adını Vətən tarixinə həkk etdirmiş
şəxsiyyətdir.
Xatırladaq ki, bir neçə gün öncə QMİ-nin Qazılar Şurası da bununla
bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş
verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi
həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik
kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki,
qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil:
"Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı
hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi
vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla
iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə
pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq
nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan
xarici qüvvələr tərəfindən yaradılıb maliyyələşdirilən qurumların
ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlmiş məkrli niyyətlərinin
həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu
ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə
sui-istifadəni yolverilməz sayırıq".
Bundan sonra A.Paşazadəyə qarşı sosial şəbəkələrdə və elektron, çap
mediada kampaniya aparılır.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI