Qırmızı.az
Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının Sədrlər Şurasının iclası keçirilib
Yanvarın 31-də Bakıda Türkiyə Həmkarlar İttifaqları
Konfederasiyasının (Türk-İş İşçi Sendikası) səyyar iclası
keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) Trend-ə
verilən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən AHİK
sədri, millət vəkili Səttar Mehbalıyev iki ölkənin həmkarlar
ittifaqları konfederasiyası arasındakı əlaqələrin yüksək səviyyədə
olduğunu diqqətə çatdırıb.
O, qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk
olaraq Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq
sazişi imzalayıb. Hazırda bu əməkdaşlıq yüksək səviyyədə davam
etdirilir. Belə ki, bir sıra beynəlxalq təşkilatda təmsil olunan bu
qurumlar bir-birinə dəstək verir: "Hələ 1994-cü ildə "Əsrin
müqaviləsi" imzalanan zaman Rusiya Azərbaycana təzyiq edirdi ki,
neft kəməri bu ölkənin ərazisindən keçsin. Lakin Azərbaycanın
yenicə müstəqillik əldə etdiyi, dövlətimizin hələ güclü olmadığı
bir vaxtda ümummilli lider Heydər Əliyev qərar qəbul etdi ki, neft
kəməri məhz Türkiyə vasitəsilə Avropaya çatdırılmalıdır. Bu proses
Bakı-Tbilisi Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində də davam etdirildi.
Sonradan cənab Prezident İlham Əilyev İzmirdə 20-dən artıq
dövlətlərarası sənəd imzaladı. Bununla "Şahdəniz-2" layihəsi
çərçivəsində Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya
çatdırılacaq. Layihənin icrası zamanı 30 mindən artıq yeni iş yeri
açılacaq. Bu layihələrin icrası yeni iş ierlərinin açılması və
əhalinin sosial rifah halının yüksəlməsi ilə nəticələnəcək".
AHİK sədrinin bildirdiyinə görə, Türkiyə iş adamları Azərbaycanda
65 milyard dollar sərmayə yatırıblar ki, nəticədə 25 min yeni iş
yeri açılıb. Azərbaycanın isə Türkiyədə 850 özəl şirkəti fəaliyyət
göstərir və bu şirkətlər 4,8 milyard dollar vəsait yönəldiblər.
ARDNŞ İzmirdə yeni neft emalı zavodunun tikintisinə 5,5 milyard
vəsait ayırıb. Bu layihələr çərçivəsində mindən artıq Türkiyə
vətəndaşı işlə təmin olunacaq: "Azərbaycanın inkişafı Türkiyənin
inkişafıdır. Bunu nəzərə alan Türkiyə Həmkarlar İttifaqları
Konfederasiyası daim Azərbaycana dəstək verir. Konkret olaraq
2012-ci ildə "Taksim" meydanında təşkil olunan Xocalı yürüşündə
Konfederasiya böyük fəallıq nümayiş etdirdi".
S.Mehbalıyev onu da vurğulayıb ki, son vaxtlar ayrı-ayrı sahə
həmkarlar təşkilatları arasında münasibətlər nisbətən zəifləyib:
"Hesab edirəm ki, əməkdaşlığımız mümkün qədər inkişaf
etrdirilməlidir. Biz Beynəlxalq Həmkarlar Təşkilatında bir-birimizə
dəstək olmalıyıq. Başqa çıxış yolumuz yoxdur".
Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərgün Atalay
isə qeyd edib ki, fəaliyyət göstərdikləri 61 il ərzində iki dəfə
xarici ölkədə tədbir keçiriblər ki, bunun da hər ikisi Azərbaycanda
baş tutub. Bu, Azərbaycanla Türkiyə arasında illərlə davam edən
qardaşlıq münasibətinin bariz nümunəsidir.
Giriş nitqindən sonra Ə.Atalay Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının təsis etdiyi "Döş nişanı" ilə təltif olunub. Bu
nişan həmkarlar ittifaqları təşkilatlarının inkişafında xüsusi
əməyi olan şəxslərə təqdim olunur.
Sonra səyyar iclas Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının
35 üzv təşkilatının sədrlərinin və sədr müavinlərinin iştirakı ilə
davam etdirilib. İclasda ötən dövr ərzində görülən işlərin hesabatı
dinlənilib, qarşıda duran fəaliyyət planı müzakirə edilib.
Türkiyəli qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin,
Şəhidlər xiyabanında vətənimizin bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin məzarını və türk şəhidlərinin xatirəsinə
ucaldılmış abidəni ziyarət ediblər.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi