Prezidentin tələbə yoldaşı azərbaycanlı tələbələrlə görüşdü
Bizi izləyin

Qırmızı.az

Prezidentin tələbə yoldaşı azərbaycanlı tələbələrlə görüşdü

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatlatçığı ilə fevral ayının 1-də “Auditoriyada səfirdir” layihəsinə start verilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatlatçığı ilə fevral ayının 1-də “Auditoriyada səfirdir” layihəsinə start verilib.

Publika.Az-ın verdiyi xəbərə görə, gənclər gününə həsr olunmuş ilk tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Layihə çərçivəsində gənc diplomatların ilk qonağı Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov olub.

Tədbiri giriş sözü ilə açan AGDB-nin baş katibi Eltun İbrahimov Layihənin mahiyyəti haqqında məlumat verərək il boyu müxtəlif ölkələrin səfirləri ilə görüşlər keçiriləcəyini vurğulayıb. Eltun İbrahimov cənab səfiri gənc diplomatlara təqdim edərək qeyd edib ki, qonağımız 39 illik diplomatik xidmət təcrübəsinə malik bir şəxsdir, bir kadr diplomatdır. Baş katib xüsusi olaraq qeyd etmişdir ki, cənab səfir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Prezident İlham Əliyevin tələbə yoldaşı olub.

Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi, professor Elman Nəsirov cənab səfirin tərcümeyi halı haqqında qısa məlumat verib və onun diplomatik fəaliyyətinin bir sıra mühüm istiqamətləri üzrə fikirlərini paylaşıb. Moderator xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan- Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq xarakteri kəsb edir və əməkdaşlığın dahada genişlənməsinin böyük imkan və potensialı vardır. Daha sonra söz səfirə verilib.

Səfir gənclər günü münasibəti ilə gənc diplomatları təbrik edərək, diplomatik xidmət, diplomatın keyfiyyətləri, diplomatın vərdiş və bacarığı, protokol qaydaları və digər sahələr üzrə nəzəri və praktiki xarakterli fikirlər səsləndirib. Azərbaycanda həyata keçirdiyi diplomatik missiyasının məmnun qaldığını bildirib. Azərbaycanın son 10 ildə analoqu olmayan inkişaf tempi nümayiş etdirdiyini qeyd edib. İnkişafın Azərbaycan modelinin bir çox ölkələr, o cümlədən Qırğızıstan üçün bir nümunə olduğunu vurğulayıb. Azərbaycan –Qırğızıstan prezidentlərinin şəxsi dostluq münasibətləri ikitərəfli əlaqələrin inkişafına güclü təsir etdiyini diqqətə çatdırıb. Cənab səfir öz çıxışında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı tələbəlik illərinə toxunarkənAzərbaycan Prezidenti İlham Əliyevin tələbə yoldaşı olduğundan fəxr etdiyini qeyd edib. Hələ tələbəlik illərində belə İlham Əliyevin liderlik keyfiyyətlərinə malik olduğunu hiss etdiklərini bildirib. Cənab prezidentin elmi axtarışlara və diplomatik sahəyə çox böyük həvəs və bacarığının olduğunu xüsusi olaraq vurğulayıb. Daha sonra cənab Aycigit Buranov gənc diplomatların çox saylı suallarını cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm