Ötən il 90-dan çox sosial təyinatlı obyektdə monitorinq aparılıb
Bizi izləyin

Qırmızı.az

Ötən il 90-dan çox sosial təyinatlı obyektdə monitorinq aparılıb

Ötən il özəlləşdirilmədən sonra bağlanılmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması sahəsində vəziyyəti araşdırmaq məqsədi ilə 90-dan çox sosial təyinatlı obyektdə monitorinqlər aparılıb.

Ötən il özəlləşdirilmədən sonra bağlanılmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması sahəsində vəziyyəti araşdırmaq məqsədi ilə 90-dan çox sosial təyinatlı obyektdə monitorinqlər aparılıb.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilmişdir. Bildirilmişdir ki, monitorinqlərin nəticələri barədə müvafiq arayışlar tərtib edilmiş və mülkiyyətçilərə qanunvericiliklə və alqı-satqı müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsi barədə 70-dən çox xəbərdarlıq məktubu göndərilib.

Dövlət müəssisələrinin yaradılması, yenidən təşkili və nizamnamələrində əlavə və dəyişikliklər edilməsi barədə daxil olmuş müraciətlərə baxılaraq 20-dən çox məhdud məsuliyyətli və 5 açıq səhmdar cəmiyyəti dövlət qeydiyyatına alınmış, 3 açıq səhmdar və 8 məhdud məsuliyyətli cəmiyyətin nizamnamələrinə edilmiş dəyişikliklərin qeydiyyata alınması təmin olunub.

Hesabat ilində 6215 hüquqi şəxs statuslu dövlət müəssisəsi, idarə və təşkilatının balansındakı 152 min 600-dən çox daşınmaz əmlak barədə dövlət Registrində olan məlumatların dəqiqləşdirilməsi davam etdirilib.

2013-cü ildə dövlət əmlakının özəlləşdirilməsi, icarəyə və balansdan-balansa verilməsi, texniki pasportların hazırlanması və ilə əlaqədar dövlət əmlakının Registrindən 4200-dən çox çıxarış hazırlanıb.

Yetmişdən çox dövlət və qeyri-dövlət təşkilatının bina və torpaq sahəsi ilə təmin edilməsi məsələsinə baxılmış və 15-dən çox təşkilat yerlə təmin edilmişdir. Həmin təşkilatlara ümumilikdə 19 min kvadratmetrdən çox qeyri-yaşayış sahəsi və 79,2 hektaradək torpaq sahəsi ayrılıb./Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm