Qırmızı.az
Ölkəyə soyuq silah gətirilməsinin qarşısı alındı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına İstanbul-Bakı, Antalya-Bakı, Bodrum-Bakı, Burqas-Bakı və Moskva-Bakı aviareysləri ilə gələn Azərbaycan vətəndaşlarından metaldan hazırlanmış, ümumilikdə 8 ədəd soyuq silah - o cümlədən, 4 ədəd "beşbarmaq" və 4 ədəd dəyənək aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə 8 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır.
Komitə səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu "beşbarmaq" və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı