Qırmızı.az
Qar yağacaq, yollar buz bağlayacaq: yanvarın 20-dək... - Daha bir XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşam, 15-i gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-sı axşamdan 17-si axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.
Azərbaycanın rayonlarında yanvarın 14-ü axşam, 15-i gün ərzində gözlənilən fasilədən sonra 15-i axşamdan 16-sı gündüzədək bəzi yerlərdə, 16-sı axşamdan 17-si axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq.
Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.
Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ








.jpg)

























