Paytaxtda dəhşətli qəza: 1 ölü, 5 yaralı
Bizi izləyin

Qırmızı.az

Paytaxtda dəhşətli qəza: 1 ölü, 5 yaralı

Binəqədi rayonunda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

ANS TV-nin məlumatına görə, gecə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində ölümlə nəticələnən dəhşətli yol qəzası qeydə alınıb. Qəza zamanı
“VAZ 2107” markalı avtomobilin sürücüsü 23 yaşlı Hüseyn Bəylərov idarəetməni itirərək maşını yol kənarındakı işıq dirəyinə çırpıb.

Hadisə şahidlərinin dediyinə görə, avtomaşında olanlar yaxınlıqdakı restorandan çıxıb, yüksək sürətlə gələrkən yolun əks tərəfindəki işıq dirəyinə çırpılıb.

Baş vermiş avtoqəza nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıb.

Sürücü Hüseyn Bəylərov isə elə hadisə yerindəcə dünyasını dəyişib. Daha sonra əraziyə yol polis patrul xidmətinin əməkdaşları cəlb olunub. Yolda avtomobillərin hərəkəti tənzimlənib. Zərbə o qədər güclü olub ki avtomaşın yararsız hala düşüb. Yanacaq ətrafa dağılıb. Deformasiyaya uğramış avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb.

Baş vermiş hadisə ilə bağlı artıq cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri sərnişinlərin dindirilməsindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm