Qırmızı.az
Təhsil Nazirliyi adından vətəndaşlara ŞOK MESAJ GÖNDƏRİLİR: Əgər uşağınız... - RƏSMİ - FOTO
Son günlər Bakı şəhər məktəblərində təhsil alan şagirdlərin valideynlərinin telefonlarına həyəcanlandırıcı ismarışlar göndərilir. Valideynlər də onlara göndərilən həmin mesajları bir-birlərinə ötürürlər.
Publika.az-ın redaksiyasına müraciət edən valideynlər mesajdakı mətnin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını soruşurlar. Gəlin, əvvəlcə valideynlərə göndərilən mesajın mətni ilə tanış olaq:
“Təhsil Nazirliyi yaxın günlərdə Bakı şəhərində yerləşən bütün məktəblərin direktorlarını nazirliyə çağırıb toplantı keçirə bilər. Direktorlara bir çox səlahiyyətlər veriləcək. Şagirdlərin yol verdiyi hərəkətlərə görə qeydiyyat açılacaq. Şagird 3 dəfə xəbərdarlıqdan sonra yenidən belə davranışlar edərsə, imtahanlardan “2” alacaq. İmtahanlara və dərslərə buraxılmayacaq. Valideynləri isə hüquq-mühafizə orqanları tərəfindən cərimə və məsuliyyətə cəlb olunacaq. Hətta həmin şagird 9-11-ci sinifdirsə, buraxılış imtahanlarından xaric olunacaq”.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışdıq.
Nazirliyin sözçüsü Cəsarət Valehov mətnlə tanış olduqdan sonra bildirdi ki, nazirlik bu cür xəbərləri ciddiyə almır: “Hazırda informasiya zəmanəsidir. Hamı istədiyi xəbəri hər yerə ötürə bilər. Bizdən belə bir xəbər getməyib. Bu cür xəbərin nə mənası var?! Valideynlərə bu cür mesajların kimin göndərməsi haqqında məlumatım yoxdur. Bunu valideynlərə göndərən adamdan soruşmaq lazımdır. Gündə ən azı bu cür 10-15 xəbər, “feyk nyus”lar çıxır. Əgər Təhsil Nazirliyi bu cür “feyk nyus”ların hər biri ilə hər gün məşğul olsa, o zaman gərək bütün işlərini bir kənara qoysun və bu kimi məsələlərlə məşğul olsun. Bu, kiminsə “özfəaliyyəti”dir”.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər










.jpg)
.jpg)



.webp)





















