İki gündə 18 nəfər dəm qazından zəhərlənib
Bizi izləyin

Qırmızı.az

İki gündə 18 nəfər dəm qazından zəhərlənib

İki gündə 18 nəfər dəm qazından zəhərlənib

Şənbə və bazar günlərində küçədə baş verən zədələnmələrin sayı azalıb. Hər gündə 5-6 nəfər müraciət edib. Onları da xəstəxanaya aparmağa ehtiyac olmayıb.

Bu barədə Publika.Az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

“Travmalarla bağlı müraciətlər çox olub. Lakin onların əsas hissəsi məişət zədələnmələri ilə əlaqədar olub. Həyət evlərində baş verən zədələnmələri isə küçə travması kimi qeyd etmirik.

Fevralın ilk günləri iş günləri olmadığından əhali çox küçəyə çıxmayıb, buna görə də küçədəki hadisələrin sayı azalıb”.

Z.Vahidovanın sözləri görə, fevral ayının birində 5 nəfər dəm qazından zəhərlənib, onların 3-ü xəstəxanaya yerləşdirilib. Ayın 2-də isə 13 nəfər zəhərlənib onun 7-si xəstəxanaya yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm