Magistral yollardakı son vəziyyət
Bizi izləyin

Qırmızı.az

Magistral yollardakı son vəziyyət

Azərbaycanda bütün magistral avtomobil yolları açıqdır və nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, fevralın 1-dən fevralın 3-dək Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti zamanı 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 nəfər xəsarət alıb. Sevindirici haldır ki, bu hadisələr zamanı ölən olmayıb.

Qeyd edək ki, qar və çovğunun müşahidə olunduğu yanvarın 30-dan fevralın 1-dək respublikanın avtomobil yollarında 23 yol-nəqliyyat hadisəsi baş vermişdi. Qəzalar zamanı 8 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

Xatırladaq ki, yanvarın 30-u axşamdan başlayaraq Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm