“Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Bizi izləyin

Qırmızı.az

“Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradıldı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradılıb.

Bu barədə Publika.az-a SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.

“Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq metrologiya sahəsi ilə bağlı milli standartların layihələrinin, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının hazırlanmasıdır.

Texniki Komitəyə ümumilikdə metrologiya sahəsi üzrə çalışan 22 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilib.

Qeyd edək ki, metrologiya sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm