YAP Gəncədə "Gənclər Günü"nü qeyd etdi
Bizi izləyin

Qırmızı.az

YAP Gəncədə "Gənclər Günü"nü qeyd etdi

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı "Gənclər Günü" münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı "Gənclər Günü" münasibətilə tədbir keçirib.

Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, iştirakçıları təbrik edib.Ölkəmizdə gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Naqif Həmzəyev, Azərbaycan gəncliyinə həmişə olduğu kimi dövlətin bu gün də böyük dəstək göstərdiyini vurğulayıb.


Daha sonra çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Azərbaycanda uğurla aparılan Gənclər siyasətindən danışıb. Eyni zamanda Müşviq Cəfərov, Respublikanın bütün bölgələrində olduğu kimi, Gəncədə də gənclər üçün hər çür şəraitin və dəstəyin olduğunu diqqətə çatdırıb.


Tədbirdə bir qrup fəal gənc "Fəxri Fərman"la təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm