Qırmızı.az
Bərdə və Zərdabda heyvanlar arasında xəstəlik yayılıb
Bərdə və Zərdab rayonlarında heyvanlar arasında Nodulyar
dermatit virus xəstəliyi yayılıb.
Artıq virusa yoluxan heyvanların sayı 100-dən çoxdur. Bunu
Publika.az-a açıqlamasında Dövlət Baytarlıq
Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, adıçəkilən rayonlarda xəstəliyə qarşı ciddi mübarizə aparılır: “Xəstəlik aşkarlanan təsərrüfatlarda dezinfeksiya işləri görülüb. Simptomatik müalicə tədbirləri aparılır. Aparılan işlər effektini verir. Ölkədə “Nodulyar dermatit” xəstəliyi Baytarlıq Xidmətinin tam nəzarətindədir”.
Y.Xanvəli bildirib ki, ümumilikdə, 10-a yaxın rayonda bu xəstəlik qeydə alınıb: “Bir müddət əvvəl Samuxda 8 baş heyvanda xəstəlik qeydə alınmışdı. Həmin heyvanlar tam müalicə edilib. Virusun ilk qeydə alındığı rayonlarda xəstəlik davam edir. Lakin bununla yanaşı müalicə işləri də aparılır. Xəstəliyin daşıyıcıları qansoran həşəratlardır. Buna görə də, onun qarşısını almaq çox çətindir”.
Xatırladaq ki, bir müddət əvvəl heyvanlar arasında yayılmış Nodulyar dermatit xəstəliyi qansoran həşəratlar vasitəsilə yayılır. İnsana keçməsə də, o, heyvanlarda nəsil artım və süd vermək qabiliyyətini aşağı salır.
Gülxar
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi