QHT yeni loqosunu təqdim etdi
Bizi izləyin

Qırmızı.az

QHT yeni loqosunu təqdim etdi

QHT yeni loqosunu təqdim etdi

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi təçkilatın loqosunda dəyişiklik edib. Birlikdən Publika.Az-a verilən məlumata görə, yeni loqonun hazırlanması barədə qərar idarə heyətinin 2014-cü ildəki ilk toplantısında qərara alınıb:

“Loqonun dəyişilməsinə səbəb təşkilatın yeni istiqamətlərdə fəaliyyəti ilə bağlı olub. Köhnə loqo 9 ilə yaxın idiki istifadə edilirdi. Bu 9 ildə təşkilat yetərincə öz əlaqələrini işlədiyi sahələri təkminləşdirib və bu səbəbdən loqonun dəyişilməsi barədə qərar qəbul olunub. Yeni loqo dairəviliyini saxlayb. Uzərində Azərbaycanın milli ornamenti olan butanın elementləri yer alıb. Loqonun mavi rəngdə olması isə islahatları və avropaya inteqrasiyanı təzahür edir”.

Mətbuat xidməti bütün Kütləvi İnformasiya Vasitələrindən xahiş edirlər ki, bu gündən təşkilatın yeni loqosundan istifadə edilsin.

Qeyd edək ki, Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2005 ci ildə qeydiyyata alınıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm