Qırmızı.az
Telefonunuza belə mesajlar gəlsə, ALDANMAYIN! - FOTO
Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 80 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.
Guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki, istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunur.
Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən nömrəyə 80 manat cərimə ödəməlidir. Cərimənin ödənilməsi üçün isə "E-manat", "Easypay" ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.
"Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq-əməliyyat qrupu göndəriləcək", - deyə xəbərdarlıqda bildirilir.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, belə dələduzluq halları tez-tez müşahidə edilir.
"Daxili İşlər Nazirliyinin adından göndərilən belə mesajlar həqiqətə uyğun deyil. Bütün belə mesajlar yalandır", - deyə E.Hacıyev bildirib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
Ekologiya10:15Xilasedicilər 734 meyit tapdılar - 580 əcnəbi itkin düşüb
-
Avropa10:06Rusiya Estoniyanı da vuracaq? - Prezident "hazırlıq" mesajı verdi
-
MDB09:57Bu dron ukraynalıların baş ağrısına çevrildi - Ruslar ona "Knyaz Vandal" deyirlər
-
Ekologiya09:38Bu təbii fəlakət ölkələrə trilyonlarla dollar ziyan vuracaq
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
















.png)













.jpg)
.jpg)