Bu rayonlarımız qara büründü
Bizi izləyin

Qırmızı.az

Bu rayonlarımız qara büründü

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a bildirilib ki, aprelin 14-ü saat 10:00-a olan məlumata əsasən bəzi şimal və qərb rayonlarında hava şəraiti yağıntılı olub.

Sarıbaşda 23.0 mm, Daşkəsəndə 9.0 mm, Kişçayda (Şəki) 8.0 mm, Göygöldə 5.0 mm, Gədəbəydə 2.0 mm qar yağıb.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 17 sm, Daşkəsəndə 15 sm, Göygöldə 4 sm olub.

Şəkidə 10.0 mm, Tovuzda 6.0 mm, Balakən, Zaqatalada 5.0 mm, Ağstafa, Naftalanda 3.0 mm, Gədəbəy, Gəncədə 2.0 mm, Şəmkir, Ceyrançöl, Ağdam, Oğuz, Tərtər, Qəbələ, Mingəçevir, Yevlax, Şahdağda 1.0 mm-dək yağış yağıb.

Aprelin 13-ü gün ərzində şimal-qərb küləyi Ağdamda 22 m/s, digər rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında 15-20 m/s külək qeydə alınıb.

Aprelin 14-də gün ərzində mülayim cənub-şərq küləyi əsəcək, 15-16-da isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm