Qırmızı.az
Cənub bölgəsinə mediatur təşkil edildi
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqro-turizm məntəqələrinə mediatur təşkil edib.
Publika.az xəbər verir ki, 22-24 aprel 2022-ci il tarixlərində baş tutan səfərdə 18 müxtəlif media orqanını təmsil edən 21 jurnalist səfərdə iştirak edib.
Səfərin birinci günü Astara rayonunun Sım kəndində yerləşən “Bal Qayası” turizm müəssisəsinə, Astara rayonu, Səncərədi kəndində yerləşən “Yaşıl Göl”ə, Astara rayonu, Kijəbəb kəndində yerləşən “Balıqçı Abi” və günün sonunda Lənkəran rayonunda yerləşən “Citrus Valley” turizm məntəqələrini ziyarət etdilər. Səfərin 2ci günü Lerik rayonu Piran kəndində yerləşən “Bal süfrəsi”, Lerik rayonu Bilnə kəndində yerləşən “Səfalı Göl”, Masallı rayonu Boradigah kəndində yerləşən “Misgərlik” və günün sonunda Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” turizm məntəqələrini ziyarət ediblər.
Hər bir aqro-turizm məkanında keçirilən təqdimatlar jurnalistlər tərəfindən qeydə alınıb və səfərdən döndükdən sonra Azərbaycanın səfalı bölgələrindən olan Cənub bölgəsi üzrə reportajlar hazırlayaraq mənsub olduqları mediada işıqlandırıblar.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto











.jpg)










_(1).jpg)










