Səfər Mehdiyev Xaçmazda vətəndaşları qəbul etdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Səfər Mehdiyev Xaçmazda vətəndaşları qəbul etdi - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.


Aprelin 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.

Publika.az xəbər verir ki, DGK sədri Səfər Mehdiyev qəbuldan öncə Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Xaçmaz və Şabran rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.


Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm