Qırmızı.az
Əziz Səncər gənclərə çağırış etdi
"Mən məmləkətimiz deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam".
Publika.az">Publika.az xəbər verir ki, bunu Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər "TEKNOFEST Azərbaycan"da çıxışı zamanı bildirib.
"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı Azərbaycan və Türk dünyasını təbrik edirəm. Gənclər, sizlərə bir neçə əhəmiyyətli məsləhət verirəm. Mən "xərcəngə qarşı dərman tapa bilərəmmi?", - deyə fikirləşirdim. Gördüyünüz hər işin ən yaxşı olmasına çalışın. Ən yaxşısı ölkənizə və insanlığa yardım etməyə çalışın. Dürüst və ədalətli olun. Sevgili gənclər, məmləkətinizi sevməkdən usanmayın, yorulmayın, əl çəkməyin. Ölkənizin inkişafı üçün yorulmadan çalışın. Fateh Sultan Mehmetin İstanbulu fəth edərkən dediyi kimi - “ya mən səni alacağam, ya da sən məni”, - çalışın”. Tanrı türkü qorusun!", - o vurğulayıb.
Qeyd edək ki, Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol 1453-cü il mayın 29-da Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilib. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirib. Eyni zamanda Bizans imperiyası tarix səhnəsindən silinib.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









































