"Azəriqaz"ın "Səyyar qəbul otağı" Tərtərdə quruldu - FOTO
Bizi izləyin

Qırmızı.az

"Azəriqaz"ın "Səyyar qəbul otağı" Tərtərdə quruldu - FOTO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla keçirilən növbəti görüş Tərtər rayonunda baş tutub.

Bu barədə Publika.az-a İstehsalat Birliyindən məlumat verilib.

Aksiyanın mahiyyəti qaz təchizatı ilə bağlı yaranan problemlərin yerindəcə dinlənilməsinə, ünvanlanan müraciətlərin birbaşa Birlik rəhbərliyinə çatdırılmasına xidmət edir.

Bu görüşdə də sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından yararlanaraq qarşılaşdıqları çətinliklərdən söz açıblar. Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi qazlaşma, qaz sayğacının və küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Ünvanlanan müraciətlərlə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən lazımi izahatlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm