Çingiz Qənizadə xaricdən qrant alan bəzi QHT-ləri “topa tutdu” - FOTO
Bizi izləyin

Qırmızı.az

Çingiz Qənizadə xaricdən qrant alan bəzi QHT-ləri “topa tutdu” - FOTO

Milli Məclisin deputatı, Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə son günlər bir neçə QHT təmsilçisinin, o cümlədən Leyla Yunus və Arif Yunusun həbsinə siyasi don geyindirilməsi məsələsinə münasibət bildirib.

Deputat Ç.Qənizadə Publika.az-a açıqlamasında deyib ki, sözügedən şəxslərin həbsinin səbəbləri ətrafında əlavə fikir müzakirələri aparmaq yersizdir.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin vergi qanunvericiliyinin tələblərini pozan, başqa dövlətlərdən gizli şəkildə qrant vəsaitləri alıb, bununla özünə maşın, villa alan şəxslər ilk növbədə özlərini qınamalıdırlar:

"Çünki bu adamlar hər zaman dövlət qurumlarını və hakimiyyəti qeyri-şəffaflıqda ittiham edirlər. Ancaq bu dövlətdə yaşaya-yaşaya gizli yollarla pullar əldə edib özünü təmiz göstərənləri, nəhayət ki, hüquq-mühafizə orqanları ifşa etməli və kimliklərini cəmiyyətə çatdırmalı idi. Bunun baş verməsi tam normaldır. Yəni, bu həbslər gözlənilən idi. Demokratiyadan, insan haqlarından danışan QHT-lər özləri də şəffaf fəaliyyət göstərməlidirlər. Mən hər hansı layihə və qrantların əleyhinə deyiləm. Lakin qrantların, maliyyələrin alınması və xərclənməsi zamanı baş verən pozuntuların gizli qalması yolverilməzdir. Maliyyə, mühasibat uçotlarının vergi ödəyicisi olan təşkilatların vergi ilə bağlı ödəmələrini həyata keçirməməsi gec-tez buna gətirib çıxalmalı idi".

Deputat əlavə edib ki, indi Azərbaycanda sabitlik arzu etməyən, Dağlıq Qarabağ problemini beynəlxalq hüquq normaları çərçivəsində həll etmək istəməyən dövlətlərin Azərbaycana guya insan haqları, demokratiyaya dəstək adı altında pul ayırması gülünc doğurur:

"Azərbaycan dövlətinin bu cür pullara ehtiyacı yoxdur. Bu gün Azərbaycan dövləti özü Avropa və digər ölkələrə yardımlar edir. İndi Azərbaycanın bu cür vəsaitlərə nə ehtiyacı var? Guya Avropa özü bilmir ki, Azərbaycanın bu cür vəsaitlərə ehtiyacı yoxdur? Əlbəttə ki, bilir. Ancaq Avropa təşkilatları bununla öz məqsədlərini həyata keçirməyə çalışır. Təbii ki, onlara da burada anti-milli qüvvələr kömək etməyə həvəs göstərir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm