DTX-dən ƏMƏLİYYAT: saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi - YENİLƏNDİ
Bizi izləyin

Qırmızı.az

DTX-dən ƏMƏLİYYAT: saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi - YENİLƏNDİ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.

Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

xxx

19:31 - 20.06.222

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib.

Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb.

Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm