Vakansiyalar dolmur və insanlar işsiz qalır - Məleykə Abbaszadə
Bizi izləyin

Qırmızı.az

Vakansiyalar dolmur və insanlar işsiz qalır - Məleykə Abbaszadə

"Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Lakin mövcud vakansiyalar dolmur və insanlar işsiz qalır".

Publika.az">Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədrin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər: "Bu da təəssüf ki, diplomlu işsizlərin və ya ixtisası üzrə çalışmayan kütlənin formalaşmasına gətirib çıxarır. Əsas səbəblərin biri kimi ali məktəblərin təhsil proqramlarının nəzəri biliklər əsaslı olması və tələbələrini lazımi peşə bacarıqları ilə silahlandırmaması, proqramlar hazırlanarkən beynəlxalq və yerli kvalifikasiyaların tələblərinin nəzərə alınmaması olduğunu söyləyə bilərik. Mən buradakı universitetlərə təşəkkürümü bildirirəm ki, onlar yeni çağırışları cavablandırmağa, yenilikləri tətbiq etməyə hazırdırlar və buna təşəbbüs göstərirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm