Qırmızı.az
İşləmək üçün növbəyə durmuşdum, çağırmadılar – Ağalı sakini
“Ağalıda evlərin nömrələri sakinlərə təqdim olunub. Amma hələ ki, açarları verməyiblər. Yaxın vaxtlarda köçəcəyimizi, ancaq bunun nə vaxt baş verəcəyini deməyiblər. Ağalıda işləmək üçün qeydiyyata, növbəyə durmuşdum, amma çağırmadılar. İstəyirdim ki, gedib öz kəndimizin yenidən qurulmasında iştirak edim”.
Bunu Publika.az-a açıqlamasında Zəngilan rayonunun Ağalı kənd sakini Telman Mirzəyev deyib.
Ağalı kəndinə qayıdacaq 41 ailə başçısından biri olan Telman Mirzəyev söyləyib ki, ixtisasca inşaatçıdır və yenidənqurma işlərinə böyük töhfələr verə bilər:
“İnşaatı qurtarmışam. Hal-hazırda ustalıq edirəm. Ağalı kəndində bizə 21-ci mənzil verildi. 3 otaqlı mənzildir. 4 nəfərlik ailəmiz var. Noyabr ayında bizi Ağalı kəndinə aparmışdılar. Evlərimizi bizə göstərirdilər. O vaxt bizə dedilər ki, qayıdandan sonra hamı orada işlə təmin olunacaq. Amma bu dəfə köçürülən şəxslərin, onların ailə üzvlərinin işlə təmin olunub-olunmayacağı ilə bağlı heç nə demədilər. 30 ildən sonra Ağalıya qayıtmaq böyük xoşbəxtlikdir. Çox sevinirik ki, doğma elimizə, obamıza qayıdırıq”.
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin













.jpg)






















