Qırmızı.az
Bakıdan İrəvana bilet qiyməti 500 manat olacaq – Aqil Abbas DANIŞDI
“Zəngəzur dəhlizi açılandan sonra xarici ölkələrə İrəvandan uçacağam. Çünki İrəvandan Parisə də, Berlinə də, Madridə də təyyarə biletlərinin qiymətləri 50 dollardır. Bu da bizim pulla 80 manat edir. Əvvəl də bu barədə fikir səsləndirmişəm. Mən bunu ironiya deyirəm. Amma yollar açılandan sonra gedib Zəngəzuru, Göyçəni, İrəvanı da gəzərəm. Həmin ərazilər Ermənistanın deyil, mənim dədəmin, babamın torpaqlarıdır. Görək hələ Bakıdan İrəvana təyyarə biletlərinin qiyməti necə olacaq. Yəqin ki, 500 manat edəcəklər. Mən isə avtomobillə getməkdən danışıram”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat Naxçıvana uçmaq üçün təyyarə biletlərinin bahalaşmasından da gileylənib:
“Azərbaycanda hara uçmağınızdan asılı olmayaraq, bütün təyyarə biletləri bahadır. Naxçıvana təyyarə biletlərinin bahalaşması yaxşı hal deyil. Çünki dövlət Naxçıvana dotasiya ayırır. Qiymətlərin bahalaşması camaatın haqlı narazılığına səbəb olur. Söhbət həm naxçıvanlılardan, həm də qeyri-naxçıvanlılardan gedir. Bir nəfər Naxçıvana gedirsə, bahalaşma 10 manat olursa, bir ailə bilet almaq istəyəndə bu 80-100 manata qədər məbləğ artır. Yasa, toya getmək istəyənlər gedə bilmirlər. Bundan sonra Naxçıvana təyyarə qiymətlərinin aşağı salınacağına inanmıram. Çünki, indiyə qədər Azərbaycanda qalxan qiymətin endiyini görməmişəm”.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib








.jpg)
.png)
























